
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi "Qrasshopper"də 2-ci qolunu vurub.
Sportinfo.az xəbər verir ki, 23 yaşlı hücumçu səfərdə "Lütsern"ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.
38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.
Hazırda qarşılaşmada fasilədir. İlk hissədən sonra hesab 1:1-dir.
"Lütsern" - "Qrasshoppers" 1:1
Qollar: Burx 32 - Renat Dadaşov 38