Azərbaycanlı hücumçunu transfer etmək istəyən tanınmış klub var

17 İyun 2023 00:50 Bizimkilər 2 328
Azərbaycanlı hücumçunu transfer etmək istəyən tanınmış klub var

"Qrasshopper"də çıxış edən Azərbaycan milli komandasının üzvü Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı forvardın xidmətində "Trabzonspor" maraqlıdır.

Bu barədə "gunebakis.com" saytı məlumat yayıb.

Qara Dəniz klubu isveçrəlilərlə 1 illik müqaviləsi qalan azərbaycanlı hücumçunu yayda heyətinə qatmaq istəyir.

"Qrasshopper" Renat Dadaşovu 2022-ci ilin yayında "Vulverhempton"dan transfer edib.

Azərbaycanlı futbolçu son mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti