Yenicə legioner olan futbolçumuzun qarşısında növbəti MANEƏ

24 Yanvar 2022 22:20 Bizimkilər 860
Yenicə legioner olan futbolçumuzun qarşısında növbəti MANEƏ

Uzun çək-çevirdən sonra, nəhayət, Turan Manfovun Yunanıstanın "Olimpiakos" (Volos) klubuna keçidi rəsmiləşdi.

"Səbail"ə məxsus futbolçu icarə əsasında adıçəkilən klubda çıxış edəcək.

Turan artıq bir neçə gündür Yunanıstandadır. Yeni klubu ilə müqaviləyə imza atıb və məşqlərə çıxır.

Amma Manafovun rəsmi oyunlara çıxması bir qədər gec baş tuta bilər. Çünki lisenziyası hələ də hazır olmayıb. Klub rəhbərliyi maksimum çalışır ki, ən yaxın vaxtda problem öz həllini tapsın və yeni transfer komandaya kömək edə bilsin.

Qeyd etdiyimiz maneə üzündən Turan komandasının dünən "Larisa" ilə baş tutan oyununu da buraxmaq məcburiyyətində qalıb.

İkinci liqa klubu "Səbail"in sol cinah müdafiəçisini cari mövsümün sonunadək icarəyə götürüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"