Futbolçumuz problemlə qarşılaşdı - VƏTƏNƏ QAYIDIR

22 Noyabr 2021 09:20 Bizimkilər 1 064
Futbolçumuz problemlə qarşılaşdı - VƏTƏNƏ QAYIDIR

Sadiq Quliyevin Nepal karyerası başlamadan bitib.

Belə ki, adıçəkilən ölkənin "Maçindra" komandası ilə razılaşan və bir neçə həftə əvvəl komandanın yeni mövsümə hazırlıq toplanışına qoşulan müdafiəçinin səndələrində problem çıxıb.

"Maçındır"a rəhbərliyi son günə kimi bu problemi yoluna qoymağa çalışıb. Hətta həmyerlimiz bu müddətdə komanda ilə yoxlama matçlarında da iştirak edib.

Amma mövsüm startına az qalmış Nepal Super Liqasında legioner limitinə qoyulan say 6-dan 3-ə endirilib.

Bu qərardan sonra sənədlərindəki problem düzəlsə belə, Quliyevin sifariş edilməsi mümkün olmayacağından, onunla yollar ayrılıb.

Çünki tətbiq edilən limit yalnız meydanda olacaq 11-lik üçün deyil. Ümumiyyətlə, yerli federasiyanın yeni qərarından sonra komandalar sifariş erizəsində cəmi 3 legioner sifariş edə bilər.

U-21 millimizin də üzvü olmuş futbolçu yaxın günlərdə vətənə qayıdacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!