Mahirdən daha bir...

15 Oktyabr 2021 00:40 Bizimkilər 1 686
Mahirdən daha bir...

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.

Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli "Legiya"da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 16:30 Çək və bizə göndər!
20 İyun 03:50 Macarıstana uduzduq