İspaniyada yaşayan azərbaycanlı: “Millidə oynamaq istəyərəm”

24 İyul 2021 23:00 Bizimkilər 1 831
İspaniyada yaşayan azərbaycanlı: “Millidə oynamaq istəyərəm”

Sportinfo.az İspaniyanın Barselona şəhərində yaşayan azərbaycanlı futbolçu Mikayıl Cəbrayılovun müsahibəsini təqdim edir:

- Özün haqqında nəlumat ver…

- Adım Mikayıl Cəbrayılovdur. Mən İspaniyada yaşayıram və orada futbol oynayıram. Barselonada qalıram. Barselonadakı ilk klubum “Vila Olympica” idi, 1 ildən sonra “Marcet” futbol akademiyasına getdim, orada 3 il oldum, sonra Cornella Primera Divizionuna getdim. 2 il oynadım, sonra xəstəxanaya düşdüm. 1 il sonra olduğum son klubum olan “Sant Andreu” kursantı D-yə getdim, nəhayət bu il Qramantet A kursantını imzaladım. Qramada indi liqalar var. Mən 2-ci ən yaxşı liqada çıxış edirəm. Məşqçi var, məni izləyir. O, məni oraya gətirib ki, yaxşı çalışım. Mənimlə eyni yaşda olan biri var və onunla məşq edirəm.

- Hansı mövqedə çıxış edirsən?

- Forvard da oynayırdım. “Marcet”də oynayanda isə yarımmüdafiəçi kimi çıxış edirdim.

- Azərbaycan və İspaniya uşaq futbolunu necə müqayisə edirsən?

- Orada məşqlər daha ciddidir. Sürət yüksəkdir, fizika üstündür. İspaniyada çalışmasan, sənə şans verməyəcəklər.

- Orada texnikaya, yoxsa fizikaya üstünlük verirlər?

- 15-16 yaşında səndə daha çox fizikaya üstünlük verirlər. Elə günlər var ki, fiziki məşqlər, elə günlər var ki, texniki məşqlər olur.

- Azərbaycandan və ya AFFA-dan kimsə səninlə maraqlanıb?

- Yox, mənim vətəndaşlığım İspaniya vətəndaşlığıdır. Bəlkə də ona görə heç kim maraqlanmayıb.

- Gələcəkdə yollarını Azərbaycanla bağlamağı düşünürsən?

- Azərbaycan millisində çıxış e tmək istəyərəm. Çünki bura mənim vətənimdir.

- Azərbaycan klublarında?

- Yox, Azərbaycanda çıxış etmək istəmirəm. Burada yaxşı komandalar var, amma mən Avropada çıxış etmək istəyirəm.

- Orada səninlə başqa azərbaycanlılar var?

- Var, Orxan adlı dostum var. O, başqa liqada oynayıb. Əlaqəmiz var. Orxanla çox yaxşı münasibətlərimiz var. Məşqlərdən sonra görüşürük, məşq edirik.

- “Barselona”nın matçlarını izləmisən?

- “Barselona” fanatıyam və matçlara gedirəm. Əvvəllər çox gedirdim. Messinin azarkeşiyəm. Sonra Suaresə baxırdım ki, ondan nəsə öyrənəm.

- Futbol təhsil almağına mane olmur ki?

- Yox, heç bir mane olmur. Futboldan gec gələndə bəzən çətinlik çəkirəm. Amma ümumiyyətlə, bir ciddi problem yoxdur.

- Azərbaycan futbolu ilə maraqlanırsan?

- Çox maraqlanıram. Mən uşaq vaxtlarımda çox futbola baxmırdım, çünki məşq edirdim. Azərbaycan futbolu ilə maraqlanıram. Ən sevdiyim klub “Qarabağ”dır. Onların Çempionlar Liqasında “Atletiko” ilə matçını izləmişdim. Həmin oyun 1:1 hesabı ilə başa çatmışdı. Çox maraqlıdır.

- Buradakı futbolla İspaniya arasındakı fərq çox böyükdür. Sən Azərbaycan futboluna nə xeyir verə bilərsən?

- “Barselona”ya gedərək orda oynamaq istəyərəm. Düşünürəm ki, orda oynamaqla Azərbaycan futboluna da, millisinə də xeyir vermək istəyirəm. Həm də bu ölkəmizi tanıtdırmaq baxımından xeyirli olar.

- Gələcəkdə hansı klublarda oynamaq istəyirsən?

- Xarici klublarda oynamaq istəyirəm. İngiltərə Premyer Liqasında, “Barsleona”da və ya Avropanın daha yaxşı çempionatlarında çıxış etmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm, daha çox işləyəcəm. Orada böyük futbolçular var, onlardan uğurların sirlərini öyrənmək istəyirəm. Amma bunun üçün ilk növbədə şanslardan yararlanmaq lazımdır. Əlimdən gələni edəcəm şansı qaçırtmayım.

- Azərbaycandan xaricə gedən futbolçular bir müddət sonra millini seçib geri qayıdırlar. Bu onların həyatında geriləmə yaradır. Sənə Azərbaycan millisindən dəvət alsan, necə seçim edərsən?

- Mən xarici klubda oynayıb Azərbaycan yığmasında çıxış etmək istəyirsən. Azərbaycandakı klublarda oynamaq istəmərəm.

- Futbolda hansı səviyyəyə qədər yüksəlmək istəyirsən?

- İspaniya La-Liqasında çıxış etmək istəyirəm. İlk hədəfim budur. Planım odur ki, 3-cü division klublarında çıxış edim, ordan 2-ci liqaya, ordan da əsas çempionata. Bunun üçün əlimdən gələni edəcəm (newsport.az).

Mərdan Həsənov

Digər Xəbərlər
Xəbər Lenti