Bu nazirlik AVRO-2020-yə görə gücləndirilmiş rejimdə işləyir

12 İyun 2021 09:10 Bizimkilər 313
Bu nazirlik AVRO-2020-yə görə gücləndirilmiş rejimdə işləyir

Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb.

Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə Nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyin “Bakı Taksi” Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti