“Bursaspor” Toralı legioner kimi oynatmaq istəmir

11:40 Bizimkilər 698
“Bursaspor” Toralı legioner kimi oynatmaq istəmir

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov yeni komandası “Bursaspor”da yerli statusda çıxış edə bilər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu I Liqa klubunun prezidenti Enes Çelik açıqlamasında deyib.

O bildirib ki, mərkəz müdafiəçisi axtarışında olsalar da, bu, Bayramovun durumundan asılı olacaq.

Belə ki, “Bursaspor” da daxil olmaqla I Liqanın bir neçə iştirakçısı türkdilli ölkələrin vətəndaşlarının yerli oyunçu kimi çıxış etmələri üçün Türkiyə Futbol Federasiyasına rəsmi müraciət ediblər.

Enes Çelik bildirib ki, federasiya bu yöndə müsbət qərar versə, Toral yerli olacaq və müdafiənin mərkəzinə legioner transfer edəcəklər.

Toral Bayramov “Bursaspor”a bu yay “Qarabağ”dan keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 21:30 Çək və bizə göndər!