Azərbaycanlı hücumçu yeni mövsümə uğursuz başladı

03:50 Bizimkilər 55
Azərbaycanlı hücumçu yeni mövsümə uğursuz başladı

Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni mövsüm start götürüb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo"(Berlin) 1-ci turun oyununda səfərdə "Erfurt"a 1:4 hesabı ilə məğlub olub.

Dadaşov meydana 61-ci dəqiqədə daxil olub. Həmin vaxtadək oyundakı bütün qollar artıq vurulmuşdu və o, hesabın dəyişməsinə təsir göstərə bilməyib.

Beləliklə, Rüfət Dadaşovun komandası yeni mövsümə məğlubiyyətlə başlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 18:10 Çək və bizə göndər!