Mahir Emreli yeni komandasında qol “siftə”si etdi, “Valetta” dilxor oldu

24 İyul 01:00 Bizimkilər 1 404
Mahir Emreli yeni komandasında qol “siftə”si etdi, “Valetta” dilxor oldu

Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Konfrans Liqasının seçmə mərhələsində fərqlənib.

Sportinfoaz xəbər verir ki, "Rakov"un heyətində çıxış edən Emreli Malta təmsilçisi "Valletta" ilə oyunda 53-cü dəqiqədə hesabı bərabərləşdirən qolu vurub.

Azərbaycanlı hücumçu görüşə start heyətində başlayıb və komandasının 2:1 hesabı ilə öndə olduğu vaxt, 82-ci dəqiqədə əvəzlənib.

Matç Polşa klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədə Mahir Emreli vurduğu qolla komandasının uğur qazanmasına mühüm töhfə verib.

Digər Xəbərlər
Xəbər Lenti