İspaniya və Portuqaliya növbəti dünya çempionatına ev sahibliyi hüququndan imtina edəcək?

1 Avqust 10:20 Dünya çempionatı 587
İspaniya və Portuqaliya növbəti dünya çempionatına ev sahibliyi hüququndan imtina edəcək?

İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək hüququndan imtina edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.

Məlumata görə, İspaniya Krallığı Futbol Federasiyası və Portuqaliya Futbol Federasiyası UEFA-nın başlatdığı boykot qərarına dəstək verməyi planlaşdırır. Normal qrafikə əsasən, 2030-cu il dünya çempionatının əsas qarşılaşmaları İspaniya, Portuqaliya və Mərakeşdə, start matçları isə Argentina, Uruqvay və Paraqvayda keçirilməli idi.

Qeyd edək ki, gərginliyə səbəb FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının müəyyən payını özəl investorlara satmaq niyyətidir.

İyulun 30-da UEFA FIFA-nın bu kommersiya layihəsinə etiraz olaraq qurumun turnirlərini boykot etdiyini bəyan edib.

Şimali və Mərkəzi Amerika Futbol Konfederasiyası (KONKAKAF) boykot qərarına qoşulmasa da, FIFA-nın sözügedən kommersiya layihəsini kəskin pisləyib.

Daha əvvəl Böyük Britaniyanın Baş naziri Endi Bernem də Canni İnfantinonu istefa verməyə çağırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"