Azərbaycanın U-21 yığmasının vingeri Murad Məmmədovun formasını geyindiyi “Pafos” Avropa Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyadan "Hayduk"a qarşı ilk oyununu keçirib.
Splitdə baş tutmuş matçda “Pafos” rəqibinə 0:2 uduzub.
Millimizin üzvü bu oyunda meydana buraxılmayıb. O, sonadək ehtiyatda qalıb.
Rəsmi debüt fürsətinin ona verilməməsi Muradda narazılıq yaradıb. İyunda "Neftçi"dən dəvət olunmuş yarımmüdafiəçi öz etirazını bildirib.
Kipr klubu ilə 4 illik müqavilə bağlamış gənc bura oynamaq üçün gəldiyini, kənarda əyləşməyi qəbul etmədiyini deyib.
SPORTİNFO.AZ

