Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun çıxış etdiyi “Bursaspor” son Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, türk mütəxəssis Arda Turanın baş məşqçsii olduğu Donetsk təmsilçisinə qarşı yoxlama görüşü Bursa stadionunda keçirilib.
Matç 0:0 hesabı ilə yekunlaşıb.
T.Bayramov matça start heyətdə başlayıb. O, 2-ci hissənin əvvəlində - 46-cı dəqiqədə Barış Göklə əvəzlənib.
Toral Bayramov ötən ay “Qarabağ”dan “Bursaspor”a keçib. O, 2018-ci ildən Ağdam təmsilçisinin formasını geyinirdi. Həmçinin futbolçu 2021-ci ildən Azərbaycan millisinin üzvüdür.

