Muraddan uğurlu debüt, “Pafos”dan möhtəşəm geridönüş

01:00 Bizimkilər 195
Muraddan uğurlu debüt, “Pafos”dan möhtəşəm geridönüş

"Pafos" Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Xorvatiya "Hajduk"u ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, ilk görüşdə 0:2 hesabı ilə uduzan Kipr təmsilçisi bu dəfə möhtəşəm geridönüş edərək 4:0 hesabı ilə qalib gəlib.

Əsas vaxt 2:0 hesabı ilə başa çatdığı üçün qalib əlavə vaxtda müəyyənləşib və "Pafos" əlavə 30 dəqiqədə daha iki qol vuraraq mərhələ adlayan tərəf olub.

Murad Məmmədov 82-ci dəqiqədə, hesab 1:0 olarkən meydana daxil olub. Azərbaycanlı vinger İvan Şuniçi əvəzləyərək “Pafos”un heyətində rəsmi debütünü gerçəkləşdirib.

"Pafos" III təsnifat mərhələsində Avstriyadan "Zaltsburq" ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 İyul 17:30 Çək və bizə göndər!