Mahir qol vura bilmədi, “Rakuv” Polşa çempionatına məğlubiyyətlə başladı

26 İyul 23:20 Bizimkilər 133
Mahir qol vura bilmədi, “Rakuv” Polşa çempionatına məğlubiyyətlə başladı

Dünən 2026/27 mövsümü Polşa çempionatına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Rakuv” 1-ci turda ilk matçını bu gün keçirib.

Onlar “Visla”nı (Plotsk) qəbul edib və 1:2 hesabı ilə uduzub.

M.Emreli əsas heyətdə yer alıb və 56-cı dəqiqədə Adin Molnarla əvəzlənib. O, görüşdə qolla fərqlənə bilməyib.

Emreli bu həftə "Rakuv”dakı debüt oyununda bir qol vurub. O, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində

"Valletta" (Malta) ilə keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 19:40 Çək və bizə göndər!