Avropanın 5 top-klubunun “radar”ındadır - Braziliyalı vinger

1 Avqust 12:20 İngiltərə 584
Avropanın 5 top-klubunun “radar”ındadır - Braziliyalı vinger

“Bornmut”un və Braziliya millisinin futbolçusu Rayan Avropanın top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az “The Sun Football”-a istinadən xəbər verir ki, 19 yaşlı vingeri “Liverpul”, “Arsenal”, “Real”, “Bayern” və PSJ yaxından izləyir.

Bununla belə, “Bornmut” futbolçunu satmağa tələsmir və onun üçün təxminən 100 milyon avro tələb edir.

“Transfermarkt” portalı Rayanın dəyərini 60 milyon avro olaraq qiymətləndirir.

Rayan bu ilin yanvarında Braziliyanın “Vasko da Qama” klubundan “Bornmut”a keçib. O, İngiltərə Premyer Liqasında keçirdiyi 15 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti