Millimizi seçən yeni isim: "Karyeramda belə hadisə heç vaxt olmamışdı"

2 Mart 2021 10:40 Bizimkilər 757
Millimizi seçən yeni isim: "Karyeramda belə hadisə heç vaxt olmamışdı"

"Minay"ın futbolçusu Anatoli Nuriyev "Olimpik"ə (Donetsk) 2:1 hesabı ilə qalib gəldikləri Ukrayna Premyer Liqasının XVI tur matçı barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasında ilk dəfə penaltilərlə dubl etdikdən sonra iki sarı vərəqə alaraq, meydandan qovulma halının baş verdiyini söyləyib.

Əslən azərbaycanlı forvard qollarını komanda işinin nəticəsi kimi dəyərləndirib: "Karyeram ərzində qol vurub qırmızı vərəqə aldığım oyun olub, amma beləsi heç vaxt olmamışdı.

Qol vurmağım üçün komanda çalışır. Mən, sadəcə, penaltini yerinə yetirirəm. 8 qolumdan 5-ni 11 metrlik cərimə zərbəsindən vurmuşam".

Nuriyev növbəti tur Kiyevdə "Dinamo"ya qarşı oynaya bilməyəcəyindən təəssüfünü də dilə gətirib. Onun fikrincə, belə komandalara qarşı oynamaq maraqlı olardı.

Aleksandr Nuriyevin Azərbaycan millisinə cəlb olunması gündəmdədir.

Digər Xəbərlər
Xəbər Lenti