Nəşi tapılan polkovnik-leytenant dəfn edildi - FFOTOLAR

25 Yanvar 2021 16:10 Bizimkilər 1 683
Nəşi tapılan polkovnik-leytenant dəfn edildi - FFOTOLAR

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün dəfn edilib.

Sportinfo.az xəbər verir ki, polkovnik-leytenant doğulduğu Ağdaş rayonunun Abad kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak edib.

1982-ci il təvəllüdlü A. Əliyev həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.


Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu