Legioner futbolçumuz problemlə qarşılaşdı: "Həll olunmasa, ora qayıtmayacam"

17 Yanvar 2021 17:40 Bizimkilər 1 015
Legioner futbolçumuz problemlə qarşılaşdı: "Həll olunmasa, ora qayıtmayacam"

"Hal-hazırda Bakıdayam. Komandanın təlim-məşq toplanışı dünən başlayıb, amma mən hələ də qoşulmamışam".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Şkupi"də (Şimali Makedoniya) legioner həyatı yaşayan Elvin Yunuszadə deyib.

Millimizin sabiq müdafiəçisi hələ də Bakıda olmasını klubunda qarşılaşdığı maliyyə problemi ilə əlaqələndirib:

"Maaşlarla bağlı uzun müddətdi gecikmələr var. Söz veriblər ki, tezliklə həll edəcəklər. Gözləyirəm, əgər həll olunmasa, "Şkupi"yə qayıtmağı düşünmürəm".

Yunuszadə hazırkı klubundan ayrılması rəsmiləşsə, verəcəyi qərar barədə də danışıb: "Tam ayrılmamışam deyə kiminləsə danışıq aparmırdım.

Düşünürəm ki, bu düzgün olmazdı. Amma 1-2 günə məsələ həll olmasa, istər yerli, istərsə də xarici klublarla danışıqlara başlayacam".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da