"Onlara Bakıya gəlməyi təklif etsəm də, razılaşmadılar"

16 Oktyabr 2020 19:45 Basketbol 892
"Onlara Bakıya gəlməyi təklif etsəm də, razılaşmadılar"

Amil Həmzəyev Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlıkapitan Ermənistanın Gəncəni raket atəşinə tutmasını terror adlandırıb:

“Ermənistanın Gəncə şəhərinə raket zərbəsi endirməsi terror hadisəsidi. Mən hazırda məşqlərə görə Bakıda olsam da, valideynlərim Gəncədə yaşayır.

Bizim evimiz zərbə endirilən ərazidən bir qədər uzaqda yerləşir. Atamın sözlərinə görə, zərbənin səsi evimizdə də hiss olunub. Valideynlərimə müvəqqəti Bakıya gəlməyi təklif etsəm də, onlar bunu qəbul etmədilər.

Ümumiyyətlə, qohumlarım hamısı Gəncədə yaşayırlar. Onların heç biri düşmən tərəfindən endirilən zərbələrdən qorxmadıqlarını və Gəncəni tərk etməyəcəklərini bildirirlər.

Bir neçə gündü ki, sosial şəbəkələrdə "PrayForGanja” həştəqı ilə dağıdılan binanın və xəsarət alan insanların videoları və şəkilləri paylaşılır. Sözün əsl mənasında bu mənzərə məni çox kədərləndirir.

Müharibənin cəbhə bölgəsində getməsi, təbii ki, daha məqsədəuyğundu. Hesab edirəm ki, düşmənin dinc sakinləri hədəfə alması onların artıq çıxış yolunun olmamasından və müharibə bölgəsində məğlub olmalarından irəli gəlir”.

Gəncədə doğulan basketbolçu digər idmançılar kimi müharibəyə yollanmaq üçün qeydiyyatdan keçdiyini söyləyib: “Hələ ki növbəmi gözləyirəm. Ümid edirəm ki, qısa zamanda mən də şanlı ordumuzun sıralarına qoşulacam. İnanıram ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti