Millimizin kapitanı barədə qətimkan tədbiri dəyişdi

15 Oktyabr 2020 14:22 Basketbol 552
Millimizin kapitanı barədə qətimkan tədbiri dəyişdi

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin qətimkan tədbiri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, onun ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmə qətimkan tədbiri ilə əvəz edilib.

Şahidlərin sayı çox olduğu üçün basketbolçu ilə bağlı istintaq yekunlaşmayıb.

Amil Həmzəyev barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. İstintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edib.

Yığmanın kaiptanı barəsində həbs qətimkan tədbiri seçilsə də, bu il aprelin 1-də onun qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xəbər Lenti