Azərbaycan millisinin kapitanı döyüşə getmək üçün müraciət etdi - FOTO

1 Avqust 2020 14:36 Basketbol 1 064
Azərbaycan millisinin kapitanı döyüşə getmək üçün müraciət etdi - FOTO

Azərbaycanın basketbol üzrə milli komandasının kapitanı Amil Həmzəyev orduda könüllü xidmət eləmək üçün müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, o, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışına qoşulub.

Yıtmanın lideri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyatdan kaçib.

“Gəncə” klubunun sabiq üzvü, vaxtilə Türkiyə, Ukrayna və Moldovada legioner karyerası yaşamış tanınmış idmançımız futbol üzrə I divizionun oyunlarına pul qoyuluşunda şübhəli bilinirdi.

O, 2019-cu il dekabrın 9-da həbs edilmişdi. İdmançının tutulması mətbuata hadisənin baş verməsindən iki ay sonra bəlli olub. Aprelin 1-də Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədov Amil Həmzəyevin ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

Xəbər Lenti