Millimizin kapitanı ilə bağlı MARAQLI VİDEO+FOTO

25 İyun 2020 21:20 Basketbol 768
Millimizin kapitanı ilə bağlı MARAQLI VİDEO+FOTO

Bu gün basketbol üzrə Azərbaycan yığmasının kapitanı Amil Həmzəyevin ad günüdür.

30 yaşlı oyunçu özəl günün komanda yoldaşlarıyla bir yerdə qeyd edir.

O, Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Göygöl rayonunda keçirilən təlim-məşq toplanışına qatılıb. İyunun 19-də başlayan hazırlıq prosesi iyulun 2-dək davam eləyəcək.

Burada isə Aminin başqa yerivar. Hər halda o, kapitan kimi laim millinin yanında olub, komanda üzvlərinə dəstək verib. Bunun üçün 2015-ci ildə Bakı keçirilən I Avropa Oyunlarını xatırlamaq kifayətdir.

Sportinfo.az-ın təqdim etdiyi fotolar İsraillə matçda çəkilib. Kadrlardan göbründüyü kimi, oyun zamanı zədə alan Aminin ayağına gips qoyulsa da, texniki zonada əyləşib və arenanı tərk etməyib.

Belə ki, o, meydançadan birbaşa xəstəxanaya aparılsa da, sarğını bağlatdırdıqdan sonra geri qayıdıb. Bu isə həmin vacxt mediada həm təəccüb, həm də rəğbətlə qarşılanmışdı.

Biz də öz növbəmizdə Amilə xoş arzularımızı çatdırır, gələcək karyerasında uğurlar arzulayırıq.

Digər Xəbərlər
Xəbər Lenti