Avrokuboklarda cari mövsüm ləğv olundu

26 May 2020 01:38 Basketbol 1 014
Avrokuboklarda cari mövsüm ləğv olundu

Basketbol üzrə Avroliqa müntəzəm çempionatında cari mövsüm vaxtından əvvəl başa çatdırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sportando" basketbol portalının rəhbəri Emiliano Karçia özünün "Twitter" səhifəsində bildirib.

O, yazıb ki, bununla bağlı qərar Avroliqa Şurasının bugünkü iclasında qəbul olunub. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

Avroliqa müntəzəm çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO