Avropada qrup lideri olan Azərbaycan klubu rəqiblərini tanıdı

6 Oktyabr 2023 08:30 Basketbol 1 042
Avropada qrup lideri olan Azərbaycan klubu rəqiblərini tanıdı

18 illik fasilədən Azərbaycan klubunun təmsil olunduğu FIBA Avropa Kubokunda "Sabah" 3 qələbə qazanaraq təsnifat mərhələsinin "A" qrupunu lider olaraq tamamlayıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz bunun sayəsində müntəzəm mövsümdə iştirak hüququna yiyələnib.

"Sabah" FIBA Avropa Kubokunun bu mərhələsində "D" qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri "Mornar" (Monteneqro), "Baxçaşehir" (Türkiyə) və Nimbruk (Çex Respublikası) klubları olacaq.

"D" qrupunda ilk oyun oktyabrın 18-i səfərdə Monteneqronun "Mornar" klubuna qarşı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti