"Ona xəyanət etdim, 2000-dən çox qadınla birlikdə oldum”

26 Aprel 2020 16:40 Basketbol 1 152
"Ona xəyanət etdim, 2000-dən çox qadınla birlikdə oldum”

"12 yaşımda anamı xərçəngdən, atamı isə narkotikdən itirdim".

Sportinfo.az xəbər verir ki, bunu MBA-nın əfsanəvi basketbolçusu Lamar Odom deyib.

"Los-Anceles Leykers"in unudulmaz simalarından olan 41 yaşlı sabiq basketbolçu şok açıqlamaları ilə gündəmə gəlib. İki dəfə MBA çempionu olmuş (2009, 2010) amerikalı idmançı atası kimi, narkotik aludəçisi olduğunu etiraf edib:

"Məndən "narkotikə nə qədər pul xərcləmisən" soruşsanız "100 milyon dollar" deyərəm. Məni görən bütün həkimlər gəzən möcüzə adlandırırdılar. Hər gün narkotikdən istifadə edirdim. Özümə nəzarət etmirdim, heç buna cəhd də göstərmirdim".

Odom gecə həyatı aludəçiliyindən də danışıb. O, buna görə çox xərcə düşdüyünü bildirib: "Narkotik karyeramı erkən bitirməyimə səbəb oldu, formada qalmaq istəyimi öldürdü. Çünki bundan əl çəkə bilmirəm.

2000-dən çox qadınla birlikdə olmuşam. Həftədə 6 qadınla yatırdım. Üstəlik, qoruyucudan istifadə etmirdim, bu üzdən həyatım boyu abort pulu ödəmək məcburiyyətində qalmışam".

Odom 1999-2014-cü illərdə peşəkar basketbolla məşğul olub. 2009-cu ildə Xloi Kardaşyanla ailə həyatı quran keçmiş basketbolçu 2015-ci ildə ondan ayrılıb. Odom bunun səbəbinin Kardaşyana xəyanət etmək olduğunu deyib:

"Evli olduğum zaman həmişə gizlin narkotik çəkmişəm. Xloi bunu çox gec bildi. Ona çox xəyanət etdim, ən sonda bunun videosu ortaya çıxdı. Xloinin niyə mənə bu qədər tab gətirdiyini başa düşə bilmirəm".

2015-ci ildə 3 gün ziyafət verən və bunun üçün 75 min dollar xərcləyən Lamar Odom narkotik səbəbindən komaya girib və bu zaman 6 dəfə infarkt keçirib.

O, Kobe Brayantı itirməkdənsə, özünün yenidən komaya girməsini üstün tutur: "Ölümü aldatdım, dərman qəbulundan imtina etdim. Ancaq Kobeni itirməkdənsə Tanrının məni yenidən komaya salmasını istərdim".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı