Azərbaycan millisinə pul ödəniləcək - YENİ QƏRAR VERİLDİ

9 Aprel 2020 09:28 Basketbol 618
Azərbaycan millisinə  pul ödəniləcək - YENİ QƏRAR VERİLDİ

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) İdarə Heyəti yaydakı turnirləri ləğv etdikdən sonra maliyyə təsirini azaltmaq üçün qərarlar qəbul edib.

Sportinfo.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, gənclərin yarışlardakı iştirak haqqının yerli federasiyalara tam ödənilməsi məqsədəuyğun sayılıb.

FIBA Avropanın icraçı direktoru Kamil Novak məsələ ilə bağlı açıqlama verib: “Düşündük ki, böhranın yaşandığı dövrdə milli federasiyalarımızı dəstəkləmək və vəziyyət düzəldikdən sonra gənclərin fəaliyyətini uğurla bərpa etmək üçün məbləğin ən azı bir hissəsini onlara verək".

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının C divizionunun A qrupunda Uels, Andorra, Moldova və Şotlandiya ilə qarşılaşmalı idi. Görüşlər 11 – 19 iyulda Kosovanın paytaxtı Priştinaya salınmışdı.

FIBA daha öncə Azərbaycanın əsas yığmasının iştirak edəcəyi kiçik ölkələrin Avropa çempionatını da ləğv edib.

Digər Xəbərlər
Xəbər Lenti