Ən bahalı klubun sahibi koronavirusa yoluxdu

30 Mart 2020 11:06 Basketbol 646
Ən bahalı klubun sahibi koronavirusa yoluxdu

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən “Nyu-York Niks”in sahibi Ceyms Dolan koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, Dolan hazırda karantinə alınıb.

Lakin demək olar ki, onda xəstəliyin əlamətləri yoxdur. O, klubun iş fəaliyyətinə nəzarət etməyə davam edir.

“Nyu-York Niks” 4.6 milyard dollar dəyərinə görə “Forbes” tərəfindən ən bahalı NBA klubu hesab olunur. “Los-Anceles Leykers” (4.4 milyard dollar) və “Qolden Steyt” (4.3 milyard dollar) növbəti yerlərdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti