Azərbaycan çempionatı dayandırıldı – SON QƏRAR

3 Mart 2020 18:26 Basketbol 732
Azərbaycan çempionatı dayandırıldı – SON QƏRAR

Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Superliqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Xəbər Lenti