Super Liqada 16-cı turun oyunları seçkiyə görə təxirə salındı

6 Fevral 2020 19:06 Basketbol 682
Super Liqada 16-cı turun oyunları seçkiyə görə təxirə salındı

Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı AzTU-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Super Liqanın 16-cı turunun oyunları başqa vaxta təyin ediləcək.

Sözügedən turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Çempionatın görüşləri məhz Texniki Universitetin idman zalında təşkil olunur. 15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:

1. Zirvə Astara - 28 xal

2. Atom - 26

3. Sərkərdə - 23

4. Xırdalan - 22

5. Gəncə - 22

6. Atletik Baku - 21

7. Sıçrayış - 21

8. 80-lər - 14

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!