Azərbaycan Liqasında 30 komanda iştirak edəcək

30 Yanvar 2020 22:50 Basketbol 1 364
Azərbaycan Liqasında 30 komanda iştirak edəcək

Azərbaycanda yeni yaradılan Milli Basketbol Assosiasiyasının (MBA) 12-14 yaş qrupunu əhatə edən Jr.NBA Azərbaycan Liqasında mübarizə aparacaq komandaların sayı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarışın iştirakçılarının sayı bu gün təşkil olunan təqdimat mərasimində açıqlanıb.

Həm oğlanlar, həm qızlar arasında təşkil olunacaq liqada 30 komanda iştirak edəcək. Yarış MBA-nın formatına oxşar şəkildə təşkil olunacaq.

Komandalar iki konfransa bölünəcək, onların hər birində iki divizion olacaq. Bu ilin mart-may oyunlarında keçiriləcək matçlardan sonra 8 ən yaxşı iştirakçı pley-off mərhələsinə yüksələcək.

Yarışda mübarizə aparacaq bütün komandalar MBA klublarının adlarını daşıyacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti