Kapitan yenidən yığmada - Bu dəfə baş məşqçi kimi

11 Yanvar 2020 15:15 Basketbol 756
Kapitan yenidən yığmada - Bu dəfə baş məşqçi kimi

Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev məşqçilik karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis yenidən yığmada çalışacaq.

Millinin sabiq kapitanı Azərbaycan Basketbol Federasiyası Məşqçilər Şurasının təklifi ilə 16 yaşadək komandamızın baş məşqçisi təyin olunub. O, bu postda Elşən Yusubovu əvəzləyib.

Ötən il basketbol üzrə Azərbaycan çempionatında qalmaqaldan sonra Baxşıyev U-20 yığmamızdan uzaqlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti