Millimiz Ermənistanla eyni qrupda - Avropa çempionatı

11 Dekabr 2019 14:56 Basketbol 1 134
Millimiz Ermənistanla eyni qrupda - Avropa çempionatı

2020-ci ildə keçiriləcək kişilər arasında basketbol üzrə kiçik dövlətlərin Avropa çempinonatının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Almaniyada baş tutan mərasimdə turnirdə iştirak edəcək Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız Ermənistanla eyni qrupa düşüb. B qrupunda mübarizə aparacaq komandamızın digər rəqibləri İrlandiya və Andorra olub.

Qeyd edək ki, kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!