Nəsibov postunda qaldı - FOTO

11 Dekabr 2019 09:37 Basketbol 785
Nəsibov postunda qaldı - FOTO

Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.

Sportinfo.az xəbər verir ki, federasiyanın 2015-2019-cu illərdəki fəaliyyətinin yekunlarının müzakirə olunduğu tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və idman nazirinin müavini İsmayil İsmayilov, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiyanın prezidenti Nadir Nəsibov, ABF-in üzvləri və media nümayəndələri iştirak ediblər.

N.Nəsibov iclasda çıxış edərək federasiyanın ötən dörd ildəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin ölkəmizdə idmanın digər növləri kimi basketbola da diqqət və qayğısı nəticəsində əldə edilən nailiyyətdən söz açıb. Federasiya prezidenti basketbolçularımızın qarşıdakı yarışlarda da əzmlə mübarizə apararaq ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.
Çıxışdan sonra federasiyanın rəhbərliyinə seçkilər keçirilib.

N.Nəsibov səsvermə nəticəsində yenidən federasiyanın prezidenti seçilib. Tədbirdə həmçinin Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin yeni tərkibi və ABF-in baş katibi müəyyənləşib.

Digər Xəbərlər
Xəbər Lenti