Millimizin üzvü Almaniya klubu ilə müqavilə bağladı - FOTO

21 Noyabr 2019 10:53 Basketbol 1 153
Millimizin üzvü Almaniya klubu ilə müqavilə bağladı - FOTO

Azərbaycan millisinin basketbolçusu Cordan Devis Almaniya klubuna keçib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı basketbolçu şərəfini qoruduğu İspaniyanın "Baksi Manreza" klubundan ayrılıb.

Devis Almaniyanın "Rasta Vexta" klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb. Azərbaycan pasportuna malik basketbolçu cari mövsüm İspaniya Basketbol Liqasında meydana müntəzəm çıxa bilməyib. Bu, əcnəbilərə qoyulan limitlə əlaqədar olub. Devis Çempionlar Liqasında "Baksi Manreza"nın heyətində 5 oyuna orta hesabla 8,6 xal, 4,4 rebaund və 2,2 assist müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti