Obradoviç oyunçularına küçə söyüşləri yağdırdı - VİDEO

16 Noyabr 2019 14:01 Basketbol 1 083
Obradoviç oyunçularına küçə söyüşləri yağdırdı - VİDEO

"Fənərbağça"nın basketbol komandasının baş məşqçisi Zelko Obradoviç oyunçularını ağır söyüşlərlə təhqir edib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı serbiyalı mütəxəssis Moskva ÇSKA-sı ilə Avropa Liqasının oyunu zamanı oyunçularına "dişinin dibindən çıxanı" deyib.

Türkiyə klubunun 70:88 hesabı ilə məğlub olduğu görüşün 3-cü hissəsindəki fasilə zamanı özündən çıxan serbiyalı oyunçuları ağır söyüşlərə "qonaq" edib.

Avroliqaya uğursuz start verən "Fənər" 8 oyunun 6-da uduzub, yalnız 2 görüşdə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti