“Sabah” turun bağlanış oyununu darmadağınla qazandı

30 Oktyabr 2023 02:20 Basketbol 1 153
“Sabah” turun bağlanış oyununu darmadağınla qazandı

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk turunun son oyunu baş tutub.

Sportinfo.az xəbər verir ki, paytaxt klubu "Sabah" region təmsilçisi "Gəncə" ilə qarşılaşıb.

Oyuna üstün başlayan "Sabah" yekunda 115-74 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular: "Gəncə" (Kenyon Dulinq - 21 xal, 1 ribaund), "Sabah" (Artyoms Butyankovs - 24 xal, 7 ribaund)

İkinci turun oyunları ("Xəzri" - "Gəncə", "Sumqayıt" - "Xırdalan", "Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi", "Sabah" - "NTD-INDIGO") 1-5 noyabr tarixlərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti