Daha bir idmançı qətlə yetirildi

24 Sentyabr 2019 18:42 Basketbol 662
Daha bir idmançı qətlə yetirildi

MBA-nın sabiq basketbolçusu Andre Emmet güllələnib.

Sportinfo.az xəbər verir ki, basketbolçunu Dallasdakı evində güllələyiblər. İki naməlum şəxs onun evinə daxil olub. Basketbolçu qaçmaq istəsə də, buna nail ola bilməyib.

Təcili yardım maşını hadisə yerinə gələndə Andre sağ olub. Xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Basketbolçunun qonşuları bildiriblər ki, qətli törədən şəxslər ağ rəngli “Chrysler 300” avtomobili ilə hadisə yerini tərk ediblər.

Andre MBA-da “Nyu-Cersi” və “Mefis” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı