Türkiyə dünya çempionatına qələbə ilə başladı

1 Sentyabr 2019 14:55 Basketbol 1 041
Türkiyə dünya çempionatına qələbə ilə başladı

Çində basketbol üzrə kişilər arasında dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, E qrupunda yarışan Türkiyə yığması mundiala yaxşı başlayıb.

"Ay-ulduzlular" ilk qarşılaşmada Yaponiya millisi ilə üz-üzə gəlib. Gərgin keçən matç türklərin qələbəsi ilə yekunlaşıb - 86:67.

Türkiyə millisi növbəti oyununu sentyabrın 3-də mundialın əsas favoritlərindən biri ABŞ-a qarşı keçirəcək.

Digər oyunların nəticələri:

Yeni Zelandiya - Braziliya 94:102

Dominikan Respublikası - İordaniya 80:76

Kanada - Avstraliya 92:108

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti