Mundial başladı - Rusiyadan çətin qələbə

31 Avqust 2019 18:22 Basketbol 736
Mundial başladı - Rusiyadan çətin qələbə

Çin Xalq Respublikasında basketbol üzrə dünya çempionatına start verilib. Sportinfo.az xəbər verir ki, yarışın ilk oyunu D qrupunda keçirilib. Serbiya milli komandası Anqolanı çətinlik çəkmədən məğlub edib - 105:59.

Rusiya yığması mundiala çətin qələbə ilə başlayıb. Şimal qonşumuz Nigeriyanı üstələyib - 82:77.

İran Puerto-Riko ilə matçda hesabda öndə olsa da, qələbəni əldən verib - 81:83. Polşa isə Venesuela üzərində qalibiyyət əldə edib - 80:69.

Türkiyə millisi sabah Yaponiya seçməsi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti