Bakıda yeni klub yaradıldı, çempionata buraxıldı, Türkiyədən baş məşqçi gətirildi

17 Avqust 2023 03:00 Basketbol 803
Bakıda yeni klub yaradıldı, çempionata buraxıldı, Türkiyədən baş məşqçi gətirildi

Yeni mövsümdə Azərbaycan Basketbol Liqasında 10 komandanın mübarizə aparacağı barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, 2023/2024 mövsümündə yüksək liqada oynayacaq komandaların hamısının adına aydınlıq gəlib.

“Sərhədçi”, “Gəncə”, “Xırdalan”, “Olimpik”(Şəki), Zirvə Astara”, NTD, “Sabah”, “Neftçi”, “Sumqayıt”ın iştirakı öncədən bilinirdisə, “Basku Gesco”nun da iştirakı dəqiqləşib.

Yeni yaradılmış klub qarşıdakı mövsümdən birbaşa yüksək liqada mübarizə aparacaq. Adıçəkilən komandaya artıq baş məşqçi təyinatı da gerçəkləşib.

Söhbət türkiyəli mütəxəssis Murat Dikmendən gedir. Paytaxt klubu onunla rəsmi müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti