Onlar oynadı, bu da oğurladı - FOTO

11 İyun 2019 17:36 Basketbol 723
Onlar oynadı, bu da oğurladı - FOTO

Rusiyanın basketbol çempionatının final qarşılaşmasında insident baş verib.

Sportinfo.az xəbər verir ki, ÇSKA-“Ximki” qarşılaşması zamanı oğurluq hadisəsi yaşanıb.

Basketbolçular meydanda olduqları zamanı naməlum şəxs “Ximki”nin paltardəyişmə otağına daxil olub.

O, bir neçə idmançının şəxsi əşyalarını götürərək arenanı tərk edib. Oğurluq edən şəxs videokameraya düşüb. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti