EVLƏNİRLƏR: "Bir gün mən də birinə dəli kimi aşiq olaram" - FOTO

4 İyun 2019 01:00 Basketbol 1 258
EVLƏNİRLƏR: "Bir gün mən də birinə dəli kimi aşiq olaram" - FOTO

"Qalatasaray" basketbol klubunun oyunçusu Caner Erdeniz evlənir.

Sportinfo.az xəbər verir ki, basketbolçu nişanlısı, aktrisa Müge Bozla ailə həyatı qurur. Bu barədə aktrisa məlumat verib:

"İlk görüşdə eşqə inandığımı demişdim. "Çat Kapı Aşk" filmini çəkəndə "Ümid edirəm bir gün mən də birinə dəli kimi aşiq olaram" dedim.

O qədər ürəkdən arzuladım ki, Allah verdi. Bizdə də belə oldu. Qəfildən bir-birimizə aşiq olduq. Demək ki, doğru zaman gələndə olur".

Cütlük toy hazırlığına başlasa da, dəqiq tarixi gizli saxlayıb.










Xəbər Lenti