Azərbaycan millisinin aparıcı oyunçusu klubu ilə vidalaşdı

18 Avqust 2023 02:40 Basketbol 1 045
Azərbaycan millisinin aparıcı oyunçusu klubu ilə vidalaşdı

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev "Gəncə"dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı oyunçu bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.

Həmzəyev müəyyən səbəblərə görə karyerasını paytaxtda davam etdirmək qərarına gəldiyini bildirib.

Təcrübəli oyunçu Gəncə təmsilçisi ilə vidalaşıb və nəvaxtsa yollarının kəsişəcəyinə inandığını vurğulayıb.

"Gəncə" ötən mövsüm Azərbaycan Basketbol Liqasında gümüş medal qazanıb, ölkə kubokunun isə qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti