Çində keçiriləcək basketbol üzrə dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.
32 yığmanın mübarizə aparacağı mundilada meydan sahibləri ilə yanaşı, Rusiya, Avstraliya, Anqola, Argentina, Braziliya, Venesuela, Almaniya, Yunanıstan, Dominikan Respublikası, İordaniya, İran, İspaniya, İtaliya, Kanada, Cənubi Koreya, Kot dİvuar, Litva, Nigeriya, Yeni Zelandiya, Polşa, Puerto Riko, Serbiya, Seneqal, ABŞ, Türkiyə, Tunis, Filippin, Fransa, Monteneqro, Çexiya və Yaponiya komandaları mübarizə aparacaqlar.
Sportinfo.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin püşkatması martın 16-da Şençjen şəhərində təşkil olunacaq.
Mundial 31 avqust - 15 sentyabr tarixlərində baş tutacaq.

