Klub rəhbəri rəqib skamyasına qadın alt paltarları qoydu

15 Fevral 2019 19:24 Basketbol 1 279
Klub rəhbəri rəqib skamyasına qadın alt paltarları qoydu

Yunanıstanın iki böyük klubu - "Olimpiakos" və "Panatinaikos" arasında növbət qalmaqal baş verib.

Sportinfo.az xəbər verir ki, bu dəfə klubların basketbol komandaları arasındakı kubok matçında ara qarışıb.

Turnirin yarımfinal mərhələsinin matçının ilk yarısında hakimin qərarlarından narazı qalan "Olimpiakos" ikinci yarıya çıxmayıb. Bu səbəbdən "Panatinaikos"a texniki qələbə verilib.

"Olimpiakos"un baş meneceri Kristos Stavropulos oyundan sonra verdiyi açıqlamasında "Mədəmiz bulandı, artıq bunları aradan qaldırmalıyıq" deyib.

"Panatinaikos"un sahibi Dimitris Giannakopulos da qalmaqalla bağlı danışıb: "Olimpiakos"un hərəkətləri planlı şəkildədi.

Oyunçularına maaş vermirlər, məğlub olurlar və hakimləri günahlandırırlar. Oyun meydanda qazanılır və ya uduzulur. Bu hərəkətləri qəbul etmək olmaz".

Dimitris Giannakopulos həmçinin "Olimpiakos"un ehtiyat oyunçular skamyasındakı hər oturacağın üzərinə qırmızı qadın alt paltarı qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti