Millimizin üzvü İspaniya klubuna transfer olundu – FOTO

22 Sentyabr 2018 14:00 Basketbol 1 432
Millimizin üzvü İspaniya klubuna transfer olundu – FOTO

20 yaşadək basketbol millimizin (U-20) üzvü Əkbər Məmmədov İspaniyada legioner karyerası yaşayacaq.

Sportinfo.az xəbər verir ki, 1999-cu il təvəllüdlü basketbolçumuz İspaniyanın Kataloniya bölgəsini təmsil edən “Arenis”ə keçib.

“Arenis” klubu Məmmədovun İrana yaxın Cəlilabad rayonunda doğulduğunu və onun 2018/19 mövsümündə gənclər komandasının açar üzvlərindən biri olacağını qeyd edib.

Həmçinin “Arenis” Azərbaycan dilində idmançımıza “Kataloniyaya xoş gəlmisiniz” yazmağı da unutmayıblar.

Əkbər Məmmədov Bolqarıstanda keçirilmiş U-20-lərin Avropa çempionatında 16 xal və 12 ribaundla yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti