Məşhur idmançı 6 milyon yatırım qoydu, 200 milyon dollar qazandı

17 Avqust 2018 20:00 Basketbol 1 145
Məşhur idmançı 6 milyon yatırım qoydu, 200 milyon dollar qazandı

ABŞ Milli Basketbol Liqasının (NBA) əfsanələrindən olan Kobe Bryantın 6 milyon dollarlıq yatırım qoyduğu şirkətin dəyəri 200 milyon dollara yüksəlib.

Sportinfo.az xəbər verir ki, məşhur basketbolçu 2014-cü ildə idman içkiləri istehsal edən "BodyArmor" şirkətinə 6 milyon dollarlıq yatırım edib.

4 il ərzində şirkət dəyərini yüksəldərək 200 milyon dollara çatıb. "BodyArmor"un dəyəri "Coca-Cola"nın bu şirkətin səhmlərinin kiçik hissəsini almasından sonra yüksəlməyə başlayıb. Kobe Bryant 20 illik basketbol karyerası ərzində ümumilikdə 680 milyon dollar qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO