Azərbaycan yığması Avropa çempionatının finalına yüksəldi - FOTOLAR

27 İyul 2023 02:10 Basketbol 1 672
Azərbaycan yığması Avropa çempionatının finalına yüksəldi - FOTOLAR

Azərbaycanın 16 yaşlı oğlanlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa çempionatının C divizionunda finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, yığma yarımfinalda Andorra yığmasını 87:64 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Milli komandanın finaldakı rəqibi Kipr - Kosovo cütünün qalibi olacaq. İyulun 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO