Basketbol üzrə Avroliqada “dördlər finalı” yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, finalda “Real”la “Fənərbaxça” üz-üzə gəlib.
Oyun “kral klubu”nun 85-80 hesablı qələbəsi ilə yekunlaşıb. “Real” Avroliqada 10-cu dəfə çempion olub. Bu, turnirin rekord göstəricisi sayılır.
Ötən il bu komandalar yarımfinalda qarşılaşmışdılar. Həmin oyunda “Fənərbaxça” 84-75 hesabı ilə qalib gələrək, sonradan turnirin qalibi olmuşdu. 3-cü yer uğrunda oyunda isə “Jalgiris” ÇSKA-ya qalib gəlib - 79:77.

